Fransa şəhərlərinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə Bakının razılığı olmadan “humanitar yardım” göndərməsi, Paris merinin ilk dəfə olaraq hansısa bir “yardımı” müşayiət etməsi, Ermənistana gələrək, Azərbaycan əleyhinə bəyanatlar verməsi, Fransa XİN rəhbərinin azərbaycanlıları aşağılaması və “Qarabağdakı humanitar fəlakət” şousunu AB XİN rəhbərlərinin müzakirəsinə çıxarması, bir sözlə, Fransanın ölkəmizin ərazi bütövlüyünə qəsd siyasəti yürütməsi fonunda Bakının atdığı bugünkü addım sosial şəbəkələrdə maraqla qarşılanıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Görüşdə “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub.
Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.
Qeyd edək ki, “Total Energies” Fransa şirkətidir və dünyanın 7 böyük neft şirkətindən biridir. Baş ofisi Parisdə yerləşir.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı