Araik Arutyunyanın “istefası” Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasındakı separatçılar içində daxili xaosun qarşısını ala bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu separatçıbaşı Araik Arutyunyanın “istefası” ilə bağlı şərhində qeyd edib.
O bildirib ki, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutyunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək:
“Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!”
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı