Xəbər verdiyimiz kimi, separatçıbaşı Arutyunyanın istefası gözlənilir. Araikin istefasının yaxın saatlarda açıqlanacağı və onu Samvel Şahramanyanın əvəzləyəciyi iddia edilir.
BUTA.TV xəbər verir ki, Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub.
O, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik tidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub. General-mayordur.
İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.
1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib.
2008-ci ildən Qarabağdakə qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.
29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı