Ermənistan və Yunanıstanın müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Ermənistan hökumətinin bugünkü iclasında sazişin təsdiqi məsələsi müzakirə olunacaq:
“Sazişə əsasən, Yunanıstan Ermənistanı İrəvanda sursat istehsalı üçün texniki vasitələrlə təmin etməlidir. Sazişdə silah, sursat və partlayıcı maddələrin istehsalı üçün texnologiya və texniki dəstəyin ötürülməsi, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı məhsullar və onların istehsalı sahəsində tədqiqatlar, onların istehsalı üçün birgə təşkilatların yaradılması nəzərdə tutulub”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı