Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraqdar TEXNOFEST sərgisinin yenidən Azərbaycanda keçiriləcəyini deyib. “Qarabağdakı qələbədən sonra biz Azərbaycanda böyük TEKNOFEST festivalı keçirdik. Yaxın vaxtlarda bunu təkrarlamağı planlaşdırırıq” – deyən Bayraqdar Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu, Azərbaycan üçün hərbi-sənaye kompleksinin inkişafına təkan verməklə yanaşı, siyasi baxımdan da əhəmiyyətlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyənin hazırki Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bayraqdarı gələcək varisi kimi siyasətdə irəli çəkəcəksə, ölkəsinin gələcək liderliyinə iddialı olacaq şəxsin texnoloji çalışmalarına indidən ortaq olmağa ehtiyac var. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bu gün paytaxt Ankarada TEXNOFEST sərgisində Bayraqdarın çıxışını on minlərlə insan dinləyirdi, onun hər sərgisinə isə milyonlarla insan qatılır. Bu böyük gücdür”, - politoloq vurğulayıb.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı