Xuzistan əyalətinin Əhvaz şəhərində ana 4 yaşlı oğlunu öldürüb.
BUTA TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Polis tərəfindən saxlanılan qadın avqustun 28-də törətdiyi cinayəti etiraf edib.
O bildirib ki, birinci həyat yoldaşından ayrılıb. Yeni tanış olduğu imkanlı şəxs oğlundan imtina edəcəyi təqdirdə onunla evlənəcəyinə söz verib.
“Oğlumu kimə əmanət edəcəyimi bilmədim. Bu evlilik şansını itirmək istəmədiyim üçün uşağı öldürmək qərarına gəldim”, - həbs edilən gənc ana deyib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı