Xankəndidəki separatçı-terrorçu rejimin başçısı Arayik Harutyunyan Fransadan göndərilən yardım TIR-ları ilə Ermənistana gələn Parisin bələdiyyə sədri ilə bu gün video-formatda görüşüb.
BUTA TV xəbər verir ki, “artsax”a verdikləri dəstəyə görə Fransa hakimiyyətinə təşəkkürünü çatdıran Arayik, bu dəstəyi unutmayacaqlarını bildirib.
O, eyni zamanda, Azərbaycana savaş açırmış kimi leksikonda danışaraq təslim olmayacaqlarını deyib: “Keçən il dekabr ayında Fransada olarkən bu gün baş verənlər haqqında xəbərdarlıq etmişdim. Azərbaycan təzyiq yolu ilə bizi diz çökdürməyə ümid edir, amma, bacarmayacaq. Diz çökməyəcəyik və şansımız olduğu müddətdə savaşacağıq. Artıq dünyadan, beynəlxalq qurumlardan, super güclərdən hiç bir gözləntimiz olmamasına rəğmən biz mübarizəyə davam edəcəyik”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı