Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi və Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində qeydə alınıb.
Yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb. Sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.
Bununla yanaşı, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var.
"Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub", - məlumatda qeyd olunub.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı