“Vaqner” rəhbəri Yevgeni Priqojinin dəfn mərasiminin qapalı keçirilməsinin səbəbi Vladimir Putin rejiminin onunla bağlı xatirələri silmək istəməsidir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.
“Gizliliyin əsas vəzifəsi efirin qarşısını almaqdır. Çünki bu gün rejimin əsas vəzifəsi Priqojinin xatirəsini silməkdir. Bir il yarım ərzində “böyük vətənpərvər komandir” Priqojin və onun “möcüzəvi cəngavərləri” mifi həqiqətən də hansısa rusların beyninə daxil olmuşdu”, - Yakovenko bildirib.
Qeyd edək ki, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Priqojin ötən gün gizli şəkildə dəfn edilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı