Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki TIR vasitəsilə Xankəndiyə çatdırılmaq üçün məhz 40 ton un və un məmulatı aparması təsadüfi deyil.
BUTA.TV xəbər verir ki, bu, ilk növbədə Xankəndi və ətrafında yaşayan erməni sakinlərin guya çörəyə ehtiyacının olması barədə yaydıqları informasiyaya cavabdır. Əgər doğrudan da çörəyə ehtiyacları varsa, bu yardımı qəbul etməli və Ağdam-Xankəndi marşrutu fəaliyyətə başlamalıdır.
İkincisi və ən mühümü isə bu həyati zəruri ərzağı ermənilərin qəbul etməyəcəyi ehtimalıdır. Belə ki, Xankəndi və ətrafında yetərincə ərzaq olması ehtimalına görə, erməni separatçılar bu yardımdan imtina edə bilər. Belə olan halda isə erməni separatçıların beton plitələr düzdüyü səddin önündə iki TIR-ın uzun müddət qalması ehtimalı var.
Hətta bu TIR-ların sayının artırılacağı da istisna edilmir. Məhz buna görə də uzun müddət qaldığı halda xarab olmayan məhsul göndərilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı