Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs olunub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücülük hüququ olmadan avtonəqliyyat vasitəsi idarə edən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuanadan istifadə etdiyi sübuta yetirilib.
N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı