Krıma qarşı təcavüzə görə Ukrayna ilə birlikdə Qərb dövlətləri də cavab verəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın müttəfiqlərin Kiyevə Krıma zərbələr endirməyə icazə verməsilə bağlı açıqlamasına cavab verərkən deyib.
Şeremetin sözlərinə görə, bu, Qərb dövlətlərinin Rusiyaya qarşı müharibə apardığının və Ukrayna münaqişəsindən əsas faydalanan tərəf olduqlarının açıq etirafıdır:
“Amma onlara xəbərdarlıq etmək istəyirəm ki, Krıma qarşı təcavüzə görə Ukrayna ilə yanaşı Qərb dövlətləri də cavab verəcəklər. Rusiyanın cavab verə və düşmənlərini təəccübləndirə biləcək güclü vasitələri var. Bəlkə də Rusiyanın bütün rus xalqının düşmənlərini nüvə silahı olmadan məhv etməyə qadir olan ən güclü ballistik raketlərini nümayiş etdirməsinin vaxtı çatıb. Kimlər ki, rusların həyat və sağlamlığını təhdid edir, onları yuvasında məhv etmək lazımdır”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı