“Vaqner” rəhbəri Yevgeni Priqojindən sonrakı qurban Çeçenistan rəhbəri Ramzan Kadırov ola bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Dmitri Qudkov deyib.
Qudkovun fikrincə, Rusiya Prezidenti Vladimir Putin artıq Kreml fraksiyaları arasında orbitr rolunun öhdəsindən gəlməyi bacarmır və “parçala və hökm sür” idarəetməsini davam etdirir.
O bildirib ki, Priqojinin fiziki olaraq aradan qaldırılması göstərdi ki, artıq bütün çəkişmələr ortaya çıxır və qarşıda Kadırovla hesablaşmadır:
“Çünki bu gün Kadırov Rusiya dövlətçiliyinin və dövlət strukturlarının əsas rəqibidir. Ona görə ki, onun yaxşı təlim keçmiş şəxsi ordusu var. Kadırov isə bütün hüquq-mühafizə orqanlarından yan keçməklə ciddi təsirə malikdir. Bu, çoxlarının xoşuna gəlmir və düşünürəm ki, qarşıda hələ çoxlu münaqişələr görəcəyik”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı