Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikinin ailəsinə sonuncu zəngi 26 iyunda olub və bundan sonra generalın ailəsi ilə hər hansı əlaqəsi olmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri “Exo-Moskva” kanalının keçmiş baş redaktoru Aleksey Venediktov deyib.
“Nə arvadının ad günündə, nə qızının 20-ci yaş günündə, nə anasının bir neçə gün öncəki doğum günündə zəng edib. Onların ailəsində bu, qəbuledilməzdir. General hər zaman əlaqə saxlayırdı, hətta Suriyadan bayramlarını təbrik edərdi. Onun əlaqəsi yoxdur”, – deyə jurnalist bildirib.
O, həmçinin əlavə edib ki, generalın istefasını telefon vasitəsilə ailəsinə xəbər veriblər.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı