Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcı təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarədəki iki ekipaj üzvü xilas olub. Qəza nəticəsində yerdə də ölən və xəsarət alan yoxdur.
Ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Turki əl-Malikinin sözlərinə görə, hadisə günorta saatlarında qırıcı planlı təlim uçuşu həyata keçirərkən baş verib.
Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.
Sayalı Abasova
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı