Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb.
BUTA.TV xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir