Nigeri işğal etməyə çağıran Nigeriya, Kot-d'İvuar və Seneqal prezidentləri özləri də postlarını itirə bilərlər.
BUTA.TV xəbər verir ki, bunu malili politoloq Adama Diabate deyib.
"Bu işğalı tələb edənlər, yəni Nigeriya, Kot-d'İvuar və Seneqal prezidentləri - əgər onların orduları vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirmək istəsələr, postlarını itirəcəklər", - ekspert bildirib.
Onun sözlərinə görə, Mali, Burkina Faso və Niger orduları birləşsə, istənilən hərbi işğala birgə müqavimət göstərə biləcəklər.
Qeyd edək ki, avqustun 26-da Niger silahlı qüvvələrinin Baş Qərargah rəisi Musa Salau Barmu ordunun maksimum hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir