Fransa hakimiyyəti məktəblərdə əbayəların - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.
"Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etməkdir. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - o bildirib.
Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir