Avqustun 27-si saat 10:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Düşən yağıntının miqdarı Qəbələdə 24 mm, Qaxda 33 mm, Şəkidə 23 mm, Tərtərdə 13 mm, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək, Naxçıvan MR-da 35 dərəcəyədək, aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir