“Ay Laçın” xalq mahnısı bu dəfə Laçın şəhəri günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın ifasında səslənib.
BUTA.TV xəbər verir ki, öz bacarıq və istedadı ilə “Əlilik qüsur deyil” devizini bir daha təsdiqləyən Rəvanə məlahətli səsi ilə dogma və kövrək duyğular aşılayan bu xalq mahnısına yeni ruh, nəfəs bəxş edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həmin Mərkəz digər həssas qruplardan olanlar kimi, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın da yaradıcı potensialının inkişafına və cəmiyyətə tanıdılmasına mühüm dəstək verir.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video