Separatçıların lideri Araik Arutyunyan müqavimət güclərinin azaldığını anlayır. Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün separatçı dəstənin “dövlət naziri” Qurgen Nersisyanın Rusiyanın vasitəçiliyi ilə “dialoq” çağırışı haqda qeyd edib.
Politoloqun sözlərinə görə, Arutyunyan Qurgen Nersisyanı qabağa verib:
“Separatçı dəstənin “dövlət naziri” Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də, azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakıyla görüşə razılaşmaq məsələni beynəlliləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video