Rusiyalı media maqnatı, “Nyus” (News) media holdinqinin təsisçisi, milliyyətcə erməni Aram Qarbrielyanov Ermənistan Baş naziri Nikol Paşinyanı sui-qəsdlə təhdid edib.
BUTA.TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
A.Qabrielyanov Zatulin, Marqon və digərləri kimi, ona da Ermənistana giriş qadağası qoyulduğunu xatırladıb:
“Nikol, sən nasist nəvəsi, mən keşiş Nikolay Tatevin nəvəsi: mənə əcdadlarımın Vətənini necə sevməyimi söyləmək lazımdır? Bir şeyi deyə bilərəm: sən mütləq “Nemezis”dən qaça bilməzsən”.
Xatırladaq ki, “Nemezis” ermənilərin yaratdığı terror hərəkatıdır və “qisas” məqsədi ilə türk-azərbaycanlı dövlət xadimi və diplomatları qətlə yetirib.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video