1992-ci ilin yanvarında keçirilmiş Daşaltı əməliyyatında 44 hərbi qulluqçumuz itkin düşüb. Hələ ki, onlardan yeddisinin şəxsiyyəti müəyyən olunub. Qalanlarının tapılması istiqamətində işlər davam etdirilir.
BUTA.TV xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.
“Ümumilikdə, Şuşa həbsxanası istiqamətində iki mərhələdə axtarışlar aparılıb və 31 nəfər aşkarlanıb. Onların hamısının hərbçi və ya aralarında mülki şəxslərin olması aidiyyəti ekspertizadan sonra müəyyənləşəcək. Şuşa həbsxanasında ümumilikdə 360 nəfər əsir və girov saxlanılıb. Onlardan 140-dan çox şəxsin sonrakı taleyi məlum deyil”, - deyə Z.İsmayılov qeyd edib.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video