Xankəndidə separatçılar arasında qarşıdurma davam edir. İstefa verməkdən imtina edən Araik Arutyunyan və ona qarşı olan qruplşamların gizli görüşlər keçirdiyi və yeni “rejim”in qurulması üzərində razılıq əldə etdiklərinə dair məlumatlar var.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, separatçıların keçmiş qondarma “təhlükəsizlik şurasının sədri” olmuş, hazırda Xankəndidəki qruplaşmaların birinə rəhbərlik edən Samvel Babayan Araik Arutyunyandan gizli razılaşmaları açıqlamağı tələb edir.
Babayan bildirir ki, yeni “prezident”, yeni “hökumət” seçilib:
“Proqram hazırdır, yerlər bölüşdürülüb, adlar bəllidir. Bu, “zirzəmi razılaşması”dır və razılaşmanın detalları açıqlanmalıdır”.
O Arutyunyana vaxt qoyub və bildirib ki, bir neçə gün sonra baş verənlərlə bağlı ətraflı açıqlamalar verəcək.
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı