2023-cü ilin ilk 7 ayı ərzində Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.
O bildirib ki. 7 ay ərzində Rusiyaya ixrac 2 milyard dollar, Rusiyadan ixrac isə 1,7 milyard dollar (ümumilikdə 3,7 milyard) təşkil edib.
Onun sözlərinə görə, ticarət dövriyyəsi həcminin daha da artacağı gözlənilir.
Qeyd edək ki, İlk dəfə olaraq ötən il Ermənistandan Rusiyaya ixrac idxalla bərabərləşərək, 2,5 milyarda çatmışdı. Buna səbəb isə Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistan vasitəsilə dəlinməsidir. Belə ki, Ermənistan Rusiyaya birbaşa satışı qadağan edilən məhsulları Avropadan idxal edərək, Rusiyaya ixrac edir. Nəticədə külli miqdarda vəsait qazanır.
Avropa dəfələrlə Ermənistanın Rusiyanın sanksiyalardan yan keçməsində xüsusi rol oynadığını bildirsə də, bunun qarşısını almaq üçün ciddi tədbirlər görmür.
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı