Sülh sazişi ətrafında danışıqlar bir prosesdir və müxtəlif mərhələlərdən ibarətdir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Xədicə Labiblə birgə keçirilən mətbuat brifinqində deyib.
“Bir qayda olaraq Ermənistan Azərbaycan tərəfindən göndərilən şərtləri 30-60 gün ərzində özündə saxlayır. Bizim üçün son nəticə lazımdır. Ermənistan tərəfi isə şərtlərini göndərəndən 1-2 gün sonra mətbuata böyük açıqlamalar verərək “Biz artıq Azərbaycana şərtlərimizi göndərmişik” deyirlər. Amma bu gün bir "rekord”a imza ataraq, şərtləri göndərdikdən 40 dəqiqə sonra mətbuata böyük açıqlama verdilər”,- deyə nazir bildirib.
Qeyd edək ki, Belçikanın xarici işlər naziri Xədicə Labib avqustun 22-də Ermənistana, bu gün isə Azərbaycana səfər edib.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto