Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərdi sahibkar Ağaməmmədova Xanım Şamil qızından 2 531 250 AZN dəyərində mənzil alır.
Qaynarinfo xəbər verir ki, Xanım Ağaməmmədova nazirliyin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Xanım Ağaməmmədova barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Nazirlik eyni məqsədlə başqa bir fərdi sahibkar - Əlisoy Natiq Hüseyn oğlu ilə maliyyə dəyəri 8 149 930 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Natiq Əlisoy həm də "Gulay-Food” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət ötən ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderdə də qalib olub.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto