AFFA İntizam Komitəsi “Sabah” və “Neftçi” klubuna xəbərdarlıq edib, birincilərin baş məşqçisi Murad Musayevi cəzalandırıb.
BUTA.TV xəbər verir ki, qurum adıçəkilən komandalar arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun oyununda qeydə alınan neqativ hallara görə bir sıra qərarlar verib.
Qarşılaşma zamanı hər iki klubun azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, komandalara xəbərdarlıq olunub.
1:1 hesabı ilə başa çatan matçın sonlarında oyunun bərpasını ləngitdiyi üçün qırmızı vərəqə alan “Sabah”ın baş məşqçisi Murad Musayev 1-i şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Həmçinin, “Sabah” buna görə 1000 manat cərimələnib. Rusiyalı mütəxəssisə 3 aylıq sınaq müddəti təyin edilib.
Görüş zamanı “Sabah”ın 7, “Neftçi”nin isə 5 futbolçusu sarı vərəqə alıb. Bu, hər iki klubun 700 manat məbləğində cərimə edilməsinə səbəb olub.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto