Türkiyənin TV8 telekanalı Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə “MasterŞef Türkiyə”(MasterChef Türkiye) kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.
DTA-dan Kult.az-a verilən məlumata görə, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.
Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.
“MasterŞef Türkiyə”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto