Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 25-də Ukraynaya gedəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, o, həmkarı Dmitro Kuleba ilə görüşəcək.
Nazirlərin Ukraynadakı müharibəni, o cümlədən “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri gözlənilir.
H.Fidanın yaxın günlərdə Rusiyaya gedəcəyi də proqnozlaşdırılır.
Qeyd edək ki, Türkiyə mətbuatı bu gün həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Rusiyaya səfər edəcəyini və Vladimir Putinlə taxıl sazişini müzakirə edəcəyini bildirib.
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto