Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sabiq rəisi Arzu Rəhimovla bağlı sensasiya sayılacaq iddia ortaya atılıb. Bu il aprel ayının 17-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən generalın daha yüksək posta təyinat alacağı bildirilir.
Yenisabah xəbər verir ki, bu iddia ilə A.Rəhimovun yaxın çevrəsi çıxış edib. Onların arasında generalın birinci dərəcəli qohumları da var.
Yaxın ətrafının iddiasına görə, A.Rəhimov tezliklə Müdafiə naziri təyin olunacaq. Qeyd edək ki, A.Rəhimov 2023-cü ilin aprelində vəzifəsindən azad ediləndən sonra rəhbərlik etdiyi qurumun rayon şöbələrində əməliyyatlar keçirilib. Baş Prokurorluq tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində SHXÇDX-nin yerli şöbələrində müxtəlif vəzifələr tutan 10-a yaxın şəxs həbs edilib. Hətta generalın özünün də istintaqa cəlb ediləcəyinə dair iddialar var idi. Bu məlumatların fonunda A.Rəhimovun müdafiə naziri kimi vacib və strateji posta təyin olunacağı ilə bağlı xəbərlər təəccüb doğurur.
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto