Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Nəsimi, Binəqədi və Xətai rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalarla Nəsimi rayonunun Mirəsədulla Mirqasımov, Xan Şuşinski və digər küçələrinin kəsişməsində, Binəqədi rayonunun 7-ci mikrorayon, S.S.Axundov küçəsində, Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsində, Xətai rayonunun Məhəmməd Hadi və İlqar Zülfüqarov küçələrində ümumilikdə 27 ədəd müxtəlifcinsli, çoxillik ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 85 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!