Ukrayna ordusuna F-16 qırıcıları veriləcək. Hazırda Niderland 42, Danimarka 19 təyyarə tədarük etməyə qərar verib. Amma orada digər ölkələr də var, ümumilikdə 200 belə təyyarə veriləcək.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu, ABŞ-ın qərarıdır, əvəzində bu ölkələr Vaşinqtondan müasir F-35-lər alacaqlar.
“F-16-nın hərbi əhəmiyyəti ondan ibarətdir ki, o, çoxlu sayda yeni müasir Qərb raketləri və idarə olunan bombalardan istifadə üçün platforma rolunu oynayır. Ukrayna Silahlı Qüvvələrindəki sovet təyyarələrində bu raketlərdən istifadə edilmir”, - politoloq bildirib.
Markov qeyd edib ki, bu təyyarələrə dəstək üçün böyük infrastrukturun yaradılması vacibdir:
“Ən böyük problemlər aerodromlardır. Uçuş zolağı nöqteyi-nəzərindən F-16 şıltaq təyyarədir. Ona MiQ və ”Su”nun uçuş zolağından daha yaxşısı lazımdır. Ukraynada isə aerodromlar dağılıb. Bu da ona gətirib çıxara bilər ki, ola bilsin F-16-lar Polşa və ya Rumıniyadan qalxsınlar”.
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!