Azərbaycanda son 1 həftə ərzində (14-20 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 27 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 9 nəfər sağalıb. Həftə ərzində ölüm faktı olmayıb.
İndiyədək ölkədə ümumilikdə 832 071 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, hazırda 29 aktiv xəstə var. Bu günə qədər 10 295 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 516, bu günə qədər isə ümumilikdə 7 668 437 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 166 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 857 olub.
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!