Sentyabrın əvvəlində Ukraynada sakinlərin korrupsiya faktları barədə məlumat verə biləcəkləri portal işə düşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin rəhbəri Aleksandr Novikov deyib.
Novikov bildirib ki, bu, işçilərin çalışdıqları idarələrdə korrupsiya ilə bağlı mesajların anonim şəkildə göndərilməsini təmin edə biləcək, ya da səlahiyyətli orqanlara, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosu, Dövlət İstintaq Bürosu, Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik və Milli Polisə xəbər verə biləcəkləri xüsusi resursdur.
Onun sözlərinə görə, anonim məlumat verən şəxslər məhkəmə qərarından sonra korrupsiya ilə əldə olunmuş məbləğin 10%-ni mükafat kimi ala biləcəklər. Amma mükafatın məbləği 14 milyon qrivnadan çox olmamalıdır.
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!