Avqustun 21-i saat 10:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 mm-dək).
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 37 dərəcəyədək, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq