Rusiyalı akademik, sovet planetlərarası və Ay proqramının həmmüəlliflərindən biri Mixail Marov dünən Rusiyanın Aya göndərdiyi “Luna-25” avtomatik stansiyasının qəzaya uğramasından sonra xəstəxanaya yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 90 yaşlı akademik Moskvadakı Mərkəzi Kliniki Xəstəxanadadır.
Bildirilib ki, Mixail Marov Ay missiyasının uğursuzluğuna dözə bilməyib və halı pisləşib.
“Mənim üçün bu, bəlkə də Aysal proqramımızın canlanmasını görmək üçün son ümid idi”, - akademik bildirib.
Qeyd edək ki, son 50 ildə Rusiyanın Aya göndərdiyi ilk stansiya idi.
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!