İndiki Kiyev rejimi tamamilə devrilməyənə qədər Rusiya dayanmamalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.
“İstənilən əks-hücum məhv ediləcək. Ölülər dəfn olunacaq, yaralar sarılacaq. Ancaq indiki, mahiyyət etibarı ilə terrorçu olan Ukrayna dövləti tamamilə darmadağın olunmayana qədər dayanmamalıyıq. Külünə qədər məhv edilməlidir. Daha doğrusu, ondan kül də qalmamalıdır”, - Medvedev qeyd edib.
Medvedyev bildirib ki, bu, illər, hətta yüzillər tələb edə bilər, ancaq Rusiyanın başqa seçimi yoxdur:
“Ya Rusiya Federasiyası düşmən siyasi rejimi məhv edəcək, ya da kollektiv Qərb Rusiyanı parça-parça edəcək və onunla birlikdə məhv olacaq”.
- İmtahanların başlama saatı dəyişdirildi
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü