Bir stəkan qazlı, şirin sərinləşdirici içkidə 6 qaşıq dozada şəkər var, 1 litrində isə 25 qaşıq. Bu dozada şəkər birdən-birə mədəaltı vəzə zərbədir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həkim Tatyana Meşrakova şirin qazlı içkilərin zərərindən danışıb.
“Mədəaltı vəz və qaraciyər bir dəqiqə içərisində 6-8 qaşıq şəkəri qəbul etmək gücündə deyil. Bu zərbə dozasıdır. Xüsusən azyaşlı uşaqlar gündə 1 litr belə sular içir.
Orqanizm yüksək miqdar şəkər dozası alanda məcburi insulin sıçrayışı olur, bu periodik olaraq baş verdikdə, insulinrezisdentlik yaranır. Nəticədə isə piylənmə və II tip diabet qaçılmazdır. Daha bir risk karbohidrat mübadiləsinin pozulmasıdır.
Qazlı içkilərdə turşuluq tənzimləyicilər var, o da orqanizmdə turşu qələvi balansını pozur, sümüklərdən mineralları yuyur, uşaqlarda sümüklər inkişaf etmir, boy uzanmır, əzələlər zəif olur, gənclərdə osteoporoz yaranır.
Suyu köpüklü içənlərdə isə həmin qaz qabarcıqları qida borusu və mədənin, qırtlağın selikli qişası zədələnir. Belə qabarcıqlar mədədə mikrozərbə dalğası yaradır”.
- İmtahanların başlama saatı dəyişdirildi
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü