Belarusdakı “Vaqner” üzvlərinin sayı xeyli azalıb. Onların bir hissəsi ölkəni tərk ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.
Məlumata görə, Belarusdakı “Vaqner”çilərin sayı 5,8 min nəfərdən 4,4 min nəfərə qədər azalıb. Buna səbəb kimi maliyyə çatışmazlığı göstərilib.
Bildirilib ki, muzdluların bir hissəsi Afrika ölkələrinə yola düşüb. “Vaqner”in əksər üzvü onlara verilən ödənişdən razı deyil. Ona görə də onlar Belarusda uzun müddət qalmağı düşünmürlər.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq etmişdilər.
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...