Böyük Britaniyada 30-dan çox mutasiya ilə xarakterizə olunan BA.2.86 koronavirus variantı aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
"UKHSA vəziyyəti qiymətləndirir və inkişaf etdikcə əlavə məlumat verəcək", - agentliyin rəhbərinin müavini Mira Çand bildirib.
Qeyd edilir ki, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-da qeydə alınıb.
Hazırda dünyada ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.
Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...