İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) Şirazdakı Şah Çıraq ziyarətgahına silahlı hücumla bağlı yeni bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda hadisəyə görə 26 nəfərin həbs edildiyi bildirilib.
2022-ci ilin oktyabrın 26-sı və 13 avqust 2023-cü ildə Şah Çıraq ziyarətgahına silahlı hücumda iştirak etdiklərinə görə həbs edilən 26 nəfərin hamısının Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olduğu iddia edilib. Onların adları açıqlanmayıb.
ETTELAAT-ın bəyanatında 2022-ci ilin oktyabrından 2023-cü ilin avqustun birinci yarısına kimi ölkədə ümumilikdə 196 terrorçunun həbs edildiyi və ya zərərsizləşdirildiyi qeyd edilib.
Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərinin Şah Çıraq ziyarətgahına edilən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. İŞİD ziyarətgaha edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü