Tehranın Əllamə Universitetinin müəllimi, Güney Azərbaycanın Xoy şəhərindən olan sosioloq Mehdi Xoyi işdən uzaqlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə azərbaycanlı müəllim sosial media hesabında paylaşım edib.
“Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoyi bu günə kimi haqsızlığın qarşısında susmamış, kimsəyə bac verməmişəm. Hər zaman xalqın və tələbələrimin yanında olduğum üçün universitetdən qovuldum”, - müəllim yazıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Onların bir çoxuna ”hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü