"Neftçi"nin azarkeş qrupu “Men in Black” İstanbulda “Beşiktaş”ın stadionuna buraxılmayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, buna azarkeşlərin köynəklərində maskalı və əlində fişəng olan fanatın əks olunması səbəb olub.
Bəzi fanatlar stadiona daxil olsalar da, azarkeş hərəkatının bayrağını arenaya keçirmək mümkün olmayıb.
“Beşiktaş”ın nümayəndələri Bakıdan olan azarkeş hərəkatının üzvlərinə kömək etməyə çalışsalar da, UEFA nümayəndələri buna qarşı çıxıblar. Onlar bu görüntünü xuliqanlıq rəmzi kimi dəyərləndiriblər.
Bununla yanaşı, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında hər iki klubun azarkeşləri birlik və qarşılıqlı hörmət nümayiş etdiriblər. Həmin axşam klubun 700-ə yaxın sadiq azarkeşi “Neftçi”ni dəstəkləmək üçün stadiona gedib.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü