Tehranın Evin həbsxanasında saxlanılan müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.
Onun bağırsaq iltihabından əziyyət çəkdiyi, həbsxana rəhbərliyinin müalicəsinə icazə vermədiyi üçün həyatının təhlükədə olduğu bildirilir.
Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, "əlbir olmaq və toplaşmaq", "hökumət əleyhinə təbliğat" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü