Çeçen hərbi birləşmələri Ukrayna ilə müharibədə mühüm rol oynayır. Ramzan Kadırov Vladimir Putinə sadiqliyini nümayiş etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, Çeçenistan lideri Ramzan Kadırov avqustun 10-da verdiyi bəyanatda Zaporojye cəbhəsinin Orexov istiqamətində şiddətli qarşıdurmada “Vostok-Əhməd” batalyonunun olduğunu etiraf edib:
“Kadırovun açıqlamasından belə çıxır ki, bu ərazidə əsas rolu çeçen birləşmələri oynayır. “Vostok-Əhməd” rəsmi olaraq Rabotino ərazisində fəaliyyət göstərən Cənub Hərbi Dairəsinin 42-ci motoatıcı diviziyasına tabedir. Çeçen qüvvələri Ukraynadakı Rusiya qüvvələrinin nisbətən kiçik, lakin diqqətçəkən tərkib hissəsini təşkil edir. Kadırov bir Putin tərəfdarı kimi reputasiyasını gücləndirmək üçün bölmələrinin rolunu fəal şəkildə təbliğ edir”.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü