Beynəlxalq ictimaiyyət Ukrayna dəniz limanlarındakı blokadanı yarmalı, ancaq Rusiya ilə danışıqlara cəhd etməməlidir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Polşa Beynəlxalq Münasibətlər İnstitutunun (PISM) ekspertləri deyib.
Onların fikrincə, taxıl sazişinə qayıtmaq Qara dənizdəki vəziyyəti kökündən dəyişməyəcək:
“Rusiya işğal başlayandan az sonra Qara dənizin şimal-qərb hissəsini tamamilə bağladı və bu bölgədəki istənilən gəmini terror təhlükəsi hesab edəcəyini bildirdi. Beləliklə, silahların dəniz yolu ilə çatdırılması qeyri-mümkün oldu. Onların çatdırılmasının maya dəyəri də artdı və proses mürəkkəbləşdi. Həmçinin, bu, müharibədən əvvəl dəniz yolu ilə ixracı 45 milyard dollardan çox olan Ukraynanın özünün də iqtisadi imkanlarını sarsıtdı”.
Ekspertlər bildirib ki, taxıl sazişinin yenilənməsi Rusiyaya bir daha Ukrayna limanlarına və ya limanlarından kommersiya daşımalarına nəzarət etmək imkanı verəcək:
“Beləliklə, Ukraynanın ixracı sabotaj olunacaq”.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü