Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanında “ər-Rada” qruplaşmasının döyüşçüləri tərəfindən Liviya Silahlı Qüvvələrinin (Qərbi bölgə) 444-cü briqadasının komandiri Mahmud Həmzə saxlanılıb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, bundan sonra briqada bölmələri ilə qruplaşma üzvləri arasında şiddətli döyüşlər başlanılıb.
Qarşıdurma zamanı bir neçə mərmi xeyli insanın olduğu ticarət mərkəzinə düşüb.
Hər iki tərəfdən əsirlərin olduğu bildirilir. “Ər-Rada” qruplaşmasının yaraqlıları 444-cü briqadanın hərbçilərini texnika ilə birlikdə ələ keçiriblər. Həmçinin hərbçilər yaraqlıların tərəfinə keçən Məhkəmə Polisi üzvlərinin saxlanması barədə məlumat veriblər.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü