Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı eyni markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan 61 yaşlı Əliyev Cavid Tahir oğlu, bir yaşlı qız və adı məlum olmayan üçüncü sərnişin ağır bədən xəsarətləri alıblar.
Həkimlərin səyinə baxmayaraq, körpə elə xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı