“Əl-Nasr” Ərəb Çempionlar Kubokunun final oyununda “Əl-Hilal”ı məğlub edib.
BUTA.TV xəbər verir ki, Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən görüş əlavə vaxtdan sonra 2:1 hesabı ilə başa çatıb. “Əl-Nasr”ın hücumçusu Kristiano Ronaldo iki dəfə fərqlənib.
Bununla Ronaldo “Əl-Nəsr” klubunda ilk kuboku qazanıb.
Ümumilikdə Ronaldonun klub səviyyəsində 30 kuboku var.
Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.
Ronaldonun son Avropa klubu İngiltərənin "Mançester Yunayted"i olub.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı